Qan yaddaşımız-Xocalı

Bu gün məktəbimizdə Xocalı faciəsinin 25-ci ildönümünə həsr olunmuş tədbir keçirildi.Tədbir Azərbaycanın Dövlət himninin səslənməsi ilə başladı.Faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra söz məktəbin direktoru Tahirə xanım Şükürovaya verildi.Tahirə xanım çıxışında 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda baş verən dəhşətlər haqqında şagidlərə geniş məlumat verdi.O qeyd etdi ki,yalnız ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Xocalı faciəsi özünün əsl siyasi-hüquqi qiymətini aldı, soyqırımı haqqında həqiqətlərin dünya dövlətlərinə və beynəlxalq ictimaiyyətə çatdırılması üçün təsirli tədbirlər görüldü. Beləliklə, erməni millətçilərinin azərbaycanlılara qarşı törətdiyi cinayətlər, o cümlədən Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması, faciənin soyqırımı kimi tanınması üçün məqsədyönlü və ardıcıl fəaliyyətə start verildildi. Bu siyasət indi Azərbaycan dövləti tərəfindən davam etdirilir. Əsas məqsədimiz tarixi ədalətin bərpasına nail olmaq, soyqırım cinayətkarlarını dünya ictimaiyyətinin mühakiməsinə verməkdir. Sonra Tahirə xanım kollektivimizn üzvü olan Xocalı qətliamının canlı şahidi Salatın Əhmədova haqqında danışaraq dedi ki,əgər bir vaxtlar “Buz heykəl" əsərindəki övladını faşistlərə təslim etməyib özü buza dönən,övladını yaşadan qadın obrazını şagirdlərə təlqin edirdiksə,bu gün Salatının anası Müşkünaz xanımın yüzlərlə insani xilas edərək Salatını boğması və onun bu gün sağ qalaraq sıralarımızda olması,Allah tərəfindən bir işarətdir ki, biz öz torpaqlarımıza qayıdacağıq.Qüdrətli dövlətimizin, müzəffər ordumuzun sayəsində o gün uzaqda deyil.Bu gün Cocuq Mərcanlıdakı quruculuq işləri buna nümunədir. Həmçinin Tahirə xanim qeyd etdi ki ,artıq neçə illərdi ki,Leyla Əliyevanin “Xocalıya Ədalət” kampanyasının nəticəsində bütün dünya ictimaiyyətinə Xocalı dəhşətləri çatdırılmaqdadır. Tədbirdə həmçinin valideynlər də iştirak etdi.Onlardan 1c sinfinin valideyni U.Piriyeva Xocalı faciəsi barədə çıxış edərək bu hadisəyə həsr etdiyi öz şerini oxudu.Sonra şagirdlərin ifasında şeirlər söylənmiş, kompozisyalar və Xocalı həqiqətlərini əks etdirən film nümayiş etdirilmişdir.Tədbirin sonunda şagirdlər dünyaya Xocalı həqiqətlərini çatdırmaq məqsədilə hazırladıqları bəyənatı oxudular.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi