“Məktəb özünüqiymətləndirmə və təhsildə keyfiyyətin təminatı” mövzusunda seminar

Təhsil İnstitutunun təşkilatçılığı ilə Avropa Birliyinin TAIEX proqramı çərçivəsində “Məktəb özünüqiymətləndirmə və təhsildə keyfiyyətin təminatı” mövzusunda seminar keçirildi. Seminarın keçirilməsində məqsəd məktəblərdə keyfiyyət təminatını, məktəb özünüqiymətləndirmə sistemini və prosesini müzakirə etmək, uğurlu təcrübəni bölüşmək idi. İki gün davam edən seminarda Təhsil Nazirliyinin əməkdaşları, Müəllim İnkişaf Mərkəzinin nümayəndələri, Bakı şəhəri üzrə 40-dan çox məktəb direktoru, həmçinin R.Nəsrəddinov adına 39 nömrəli tam orta məktəbin direktoru Tahirə Şükürova iştirak etdi. Seminara Böyük Britaniyadan Donald Rolls, Niderland Krallığından Con Vierda, Maltadan Şarlot Kassar-ın çıxışları dinləildi. Seminarda təhsilin məzmunu və məzmunundan irəli gələn məsələlər, keyfiyyətli təhsilin təşkil edilməsi müzakirə olundu. Seminar çox maraqlı və işgüzar səviyyədə keçirildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi