“Biliyini paylaş” layihəsinin iştirakçıları təltif olunub

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən keçirilmiş “Biliyini paylaş” layihəsinin iştirakçıları mükafatlandırılıb. Mükafatlandırılanlar arasında məktəbimizin musiqi müəllimi Çinarə Cəfərli yüksək səviyyədə iştirakına və göstərdiyi fəallığa görə təltif olunub. Tədbirdə BŞTİ-nin müdiri Mehriban Vəliyeva "Biliyini paylaş" layihəsinin keçirilməsində əsas məqsədin ümumi təhsil məktəblərində interaktiv və əsaslandırılmış tədrisə yönəlmiş layihəəsaslı öyrənmənin dərs prosesində tətbiqi ilə bağlı aktual məsələyə diqqətin artırılması, bu istiqamətdə yaradıcı və yenilikçi müəllimlərin qabaqcıl təcrübəsinin öyrənilməsindən ibarət olduğunu bildirib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi