Qanlı Yanvar

Bu gün məktəbimizdə 20 Yanvar faciəsinin 27-cı il dönümü ilə əlaqədar olaraq “Azadlığa gedən yol” adlı tədbir keçirildi. Tədbir ilk olaraq Azərbaycanın Dövlət Himnin səsləndirilməsi ilə başlanıldı.Azərbaycanın Dövlət Müstəqilliyi uğrunda canını qurban vermiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi.Sonra şagirdlər çıxış edərək, bu günün Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günü olduğunu qeyd edib,maraqlı kompozisiya nümayiş etdirdilər.Sonra söz məktəbin direktoru Tahirə xanım Şükürovaya verildi. Tahirə xanım çıxışında qeyd etdik ki. Xalqın bu ağır günlərində, 1990-cı il yanvarın 21-də Heydər Əliyev Moskvada Azərbaycanın daimi nümayəndəliyinə gəlib , çıxış edərək,xalqla birgə olduğunu bildirdi. 20 Yanvar faciəsinə siyasi qiymət verərək,Qorbaçovun və onun başçılığı altında rus ordusunun cinayət törətdiyini dedi,onun hərəkətlərinin hüquqa, demokratiyaya, humanizmə zidd olduğunu, mərkəzin və o zamankı respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv olduğunu göstərdiyini dedi.Tədbir “Şəhidliyin zirvəsi” adlı sənədli filmin nümayişi ilə bitdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi