“Gələcəyə İnam"layihəsi çərçivəsində görüş

Bu gün məktəbimizdə Azərbaycan Respublikası Prezidenti yanında Gənclər fondunun Maliyyə dəstəyi və Bakı Ali Neft Məktəbinin təşkilati dəstəyi ilə “Gələcəyə inam “layihəsi çərçivəsində tədbir keçirildi.Tədbirdə Aşıq Şəmşir Mədəniyyət Ocağının sədr müavini,Kəlbəcər rayon nümayəndəsi H.Misirov,layihə rəhbəri Neft Akademiyasının məzunu Könül Mustafazadə,Avrasiya Fondunun Qafqaz Resurs Mərkəzinin proqram direktoru M.Nəsibbəyli ,103 saylı orta məktəbin direktor müavini S.Alışova və Azərbaycan Diplomatik Akademiyası , Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasına 600-700 balla qəbul olmuş tələbələr iştirak edirdilər.Görüşün məqsədi institituta qəbul zamanı yüksək nəticələr göstərmiş tələbələrin məzunlarımıza tövsiyələri,təhsildə uğur qazanmağın yolları,sağlam rəqabətin mahiyyəti və məzunları uğura aparan istiqamətdəki maneələri keçmək yollarını öyrətmək idi.Görüşün sonunda məktəbin direktoru Tahirə xanım çıxış edərək qonaqlara öz minnatdarlığını bildirdi və bu layihənin şagirdlərin düzgün peşəyönümü seçimində bir yardımcı olacağına inandığını söylədi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi