31 Dekabr Dünya Azərbaycanlıların Həmrəylik günü və Yeni il bayramıdır

30.12.2016-cı il tarixdə məktəbimizdə 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı münasibəti ilə geniş tədbir keçirildi.Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səslənməsi ilə başlandı.Sonra məktəbin direktoru Tahirə xanım Şükürova çıxış edərək şagirdləri bu bayram münasibəti ilə təbrik etdi.Tahirə xanım çıxışında qeyd etdi ki, Ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə elan edilmiş bu bayram milli- mənəvi birliyə çağırış olub, bütün dünyadakı soydaşlarımızın azərbaycançılıq ideyası ətrafında sıx birləşməsi prosesinin əsasını qoydu.Sonra şagirdlər mahnılar ifa edib,yeni il münasibəti ilə kollektivi təbrik etdilər.Tədbirin sonunda il ərzində müxtəlif nailiyyətlər əldə edən şagirdlər və müəllimlər müxtəlif diplomlarla təltif edildilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi