“2016-cı ilin Yubilyar yazıçıları və kitablar lahiyəsi” adlı tədbir

Bu gün məktəbimizdə Rusiya səfirliyi yanında informasiya və mədəniyyət mərkəzinin layihəsi olan “2016-cı ilin Yubilyar yazıçıları və kitablar lahiyəsi” adlı tədbir keçirildi.Tədbirdə mərkəzin nümayəndələri Yakunina Lyubov Timofeyevna və Alenina Olesiya İqorevna iştirak edirdi.İlk öncə 2Ç sinifində K.Çukovskinin “ Fedorina Qore” əsərinin müzakirəsi keçirildi.Şagirdlər qonaqları duz və çörəklə qarşılayaraq milli Azərbaycan mədəniyyətini əks etdirən guşələrə tamaşa etməyə dəvət etdilər.Daha sonra dərs başladı.Əsər müəllim və şagirdlər tərəfindən geniş və əhatəli müzakirə olundu, şagirdlər əyləncəli çıxışlar etdilər.Sonra 4Ç sinf şagirdlərinin ifasında Azərbaycan xalq nağılı Abdulla Şaiqin “TIK –TIK XANIM” tamaşası nümayiş etdirildi.Şagirdlər nağıl qəhrəmanlarının geyimində onların obrazlarını çox canlı ifa etdilər.Tədbirin sonunda məktəbin direktoru Tahirə xanım Şükürova öncə qonaqları salamladı,sonra çıxış edərək bu cür tədbirlərin şagirdlərin şüurunda multikulturalizm mədəniyyətinin inkişaf etdirilməsində böyük rolu olduğunu qeyd etdi.Kiçik yaşlı məktəblilərin həvəslə çıxışını alqışlayan Tahirə xanım onlara və müəllimlərinə təşəkkür etdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi