Ulu Öndər Heydər Əliyevin anım günü münasibəti ilə tədbir

Bu gün Nərimanov rayon Milli Qəhrəman R.Nəsrəddinov adına 39 nömrəli orta məktəbdə Ümummilli Lider Heydər Əliyevin anim günü münasibətilə geniş tədbir keçirildi. Tədbir ilk olaraq Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlandı.Sonra məktəbin direktoru Tahirə xanım Şükürova Ulu Öndər Heydər Əliyevin keçdiyi mənalı ömür yolundan şagirdlərə danışaraq dedi ki,bu dahi şəxsiyyət Azərbaycana rəhbərlik etdiyi illərdə uzaqgörən daxili və xarici siyasəti sayəsində ölkənin nüfuzunu artırmış, hərtərəfli inkişafına nail olmuş, müstəqilliyini əbədi və dönməz etmişdir. Kiçik bir ölkə Heydər Əliyevin uğurlu siyasəti sayəsində dünyada tanınan nüfuzlu bir dövlətə çevrilmişdi. XX və XXI əsrin görkəmli siyasətçilərindən və dövlət xadimlərindən biri olan Heydər Əliyevin ibrətamiz həyatı və heyrətamiz siyasi fəaliyyəti gələcək yüzilliklərdə hələ neçə-neçə siyasət adamına istiqamət verəcəkdir.Bu gün ölkəmiz bu siyasətin uğurlarını hiss edir, onunla yaşayır və faydalanır. Bu siyasətin icraçısı ulu öndərimizin layiqli siyasi varisi cənab İlham Əliyevdir. Onun rəhbərliyi ilə Heydər Əliyev siyasəti yaşayır və uğurla davam etdirilir.Daha sonra şagirdlər şeirlər söyləyib, Ulu Öndərimizin həyatını, keçdiyi mənalı ömür yolunu əks etdirən sənədli filmə tamaşa etdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi