Virtual layihə

Bildiyimiz kimi,2016-cı il noyabrın 18-25 tarixində Evrika-polilnqval məktəblərin beynəlxalq şəbəkəsi virtual təhsil layihəsi keçirildi. .Layihə Bakı (R.Nəsrəddinov ad.39 saylı tam orta məktəb), Moskva, Novouralsk ,İrəvan və Zaqreb şəhərlərini əhatə etmişdi.Layihədə şagirdlərimizdən M. Ülvi,R. Sara, Ə. Atabəy,S.Emil,Q. İqor,İ. Lamiyə,K. Leonid, V .Emin,M.Anna,A. Asena və koordinatorlar-məktəbimizin direktoru Şükürova Tahirə,tarix müəllimi T. Gülnarə və kimya müəllimi H.Yaqut olduLayihənin ilk günü iştirakçılarla tanışlıq keçirildi,onlara şəbəkə daxilində işləmək qaydaları öyrədildi.İştirakçılar 4 qrupa(ekologiya,siyasət,psixologiya,kulturologiya)bölündülər.Bizim şagirdlərimiz ekologiya qrupuna qoşuldu.Bundan sonra şəbəkə daxilində qızğın iş başladı.Komandalar öz tezislərini qururdular,mənbələrdə doğru informasiya axtarırdılar,başqa şəbəkə komandaların işlərinə ekspertlik edirdilər.Bu iş heç də asan olmadı.Çünki komandaların üzvləri başqa ölkələrdən idilər. Texniki çətinliklərə baxmayaraq,komandaların spikerləri mərkəzlə canlı skype- bağlantıda öz fikirlərini çox gözəl müdafiə etdilər.Şagirdlərimizdən Sara və Ülvi öz fəallıqları ilə hamının diqqətini cəlb edirdilər.Sonda hər bir şəbəkə komandası müxtəlif formatda yekun məhsul hazırladı(video,animasiyalar,mətnlər).Şagirdlərimizin iştirak etrdiyi ekologiya qrupunun video-müraciəti yaxşılar sırasında olduğu üçün layihənin rəhbərlərindən biri olan Yelena Petryayeva tərəfindən you tube yerləşdirilib. Evrika- polilnqval məktəblərin beynəlxalq şəbəkəsi (Eureka.İnternational)məktəbimizin şagird və müəllim kollektivini maraqlı və məzmunlu işlərinə görə təşəkkür edib,gələcək işlərində uğurlar dilədi,hətta yeni-yeni layihələr üzərində çalışacagımızı da dedi. Konfransın son günü şagirdlərimiz Azərbaycan dilində “Təbiəti qoruyaq” və “Təbiəti qorumaq-Vətəni qorumaq deməkdir“ şüarlarını səsləndirib, ölməz R.Behbudovun “Bakı”mahnısından bir parça oxuyaraq sağollaşdılar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi