18 Oktyabr- "Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin 25-ci il dönümü"

Bu gün 18 oktyabr 2016-cı il tarixdə məktəbimizdə Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin 25-ci il dönümünə həsr olunmuş tədbir keçirildi.Tədbir Dövlət himninin səsləndirilməsi ilə başladı. Sonra məktəbin tarix müəlliməsi Abdullayeva Lalə çıxış edərək Azərbaycanın Dövlət müstəqilliyinin tarixindən söhbət açdı.Çıxışdan sonra Milli Müstəqilliyimizə həsr olunmuş film nümayiş etdirildi.Tədbirin sonunda məktəbin direktoru Tahirə xanım çıxış edərək qeyd etdi ki, baxmaraq ki, Müstəqilliyimiz 1991-ci ildə elan olunub, bu, o dövrdəki hakimiyyətin kağız üzərində olan müstəqilliyi idi.Yenə də Azərbaycan Moskavadan idarə olunurdu.Hakimiyyət Moskvanın dediyi ilə oturub-dururdu.Bundan sonra AXCP hakimiyyətə gəldi.Ancaq onlar Azərbaycanın müstəqilliyini inkişaf etdirmək əvəzinə ölkədə xaos yaratdılar.Azərbaycan əsgərinin əlindəki silah düşmənə qarşı deyil öz millətinə qarşı çevrildi.Xalq anladı ki, onun müstəqilliyini qoruyacaq yeganə qarant Heydər Əliyevdir.Xalqın nifrətindən qorxan və qardaş qırğının qarşısını ala bilməyəcəyini başa düşən AXCP Heydər Əliyevi xalqın təkid ilə Bakıya dəvət etdi.Heydər Əliyev ilk olaraq qardaş qırğının qarşısını aldı.Cəbhə xəttində atəşkəs elan olunmasına nail oldu .Heydər Əliyev atəşkəsə məhz ona görə imza atdı ki, o dövrdə Azərbaycanda nizami ordu yox idi.Atəşkəsə imza ataraq ordu quruculuğunu həyata keçirdi. Aprel ayındakı qələbəmiz bunu bir daha sübut etdi ki , bünövrəsi Heydər Əliyev tərəfindən qoyulmuş Milli Ordumuz bu gün öz torpaqlarını geri qaytarmağa qadirdir!Hörmətli prezidentimiz İham Əliyev Azərbaycanın müstəqillik tarixini 3 dövrə bölür.1-ci dövr 1991-1993-cü illərdi ki, Biz bu dövrdə Azərbaycanın Müstəqilliyinin ancaq kağız üzərində olduğuna şahidik.AXCP hakimiyyəti dövründə isə xaosdan başqa bir şey yox idi.2-ci dövr 1993-2003-cü illərdi ki, bu dövrdə Ümumimilli liderimiz Heydər Əliyevin dayanmadan Azərbaycanı Müstəqil ölkə kimi bütün dünyaya tanıtdırdığı və qəbul etdirdiyi dövrdü.3-cü dövr 2003-2016-ci ildiki bu dövrdə hörmətli prezidentimiz İlham Əliyev cənablarının rəhbərliyi altında müstəqil Azərbaycanımızın çiçəkləndiyi və durmadan inkişaf etdiyi dövr.Sonda məktəbin direktoru Tahirə xanım şagirdlərə müraciət edərək, bildirdi ki, onlar öz Müstəqil ölkələrinin qədrini bilsinlər və müstəqilliyin böyük bir nemət olduğunu başa düşsünlər.Qoy onlar sosial media vasitəsi ilə Müstəqillik günü münasibəti ilə bir-birilərini təbrik etsinlər və bütün dünyada öz yaşıdlarına Müstəqil Respublikada yaşamağın necə şirin nemət olduğunu çatdırsınlar.Qoy Müstəqil Azərbaycan bayrağı tezliklə Qarabağda, Şuşada dalğalansın!!!!
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi