Rusiya informasiya mədəniyyət mərkəzində görüş

5 Oktyabr 2016-cı il tarixdə Azərbaycan Respublikasındakı Rusiya səfirliyi yanında Rusiya informasiya mədəniyyət mərkəzində Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş geniş tədbir keçirilmişdir.Tədbirə məktəbimizin tarix müəllimi Tanqrıverdiyeva Gülnarə və şagirdləri dəvət olunmuşdular.Tədbiri mərkəzin rəhbəri V.Denisov açaraq müəllimləri bu gün münasibəti ilə təbrik etmiş,bu şərəfli peşədə onlara müvəffəqiyyət arzulamışdır.Tədbirdə məktəbin tarix müəllimi Tanqrıverdiyeva Gülnarə, 22.09.2016-cı il tarixdə məktəbimizdə MDB ölkələrinin 25 illiyi münasibəti ilə keçirilən tədbirə və Rusiya informasiya mədəniyyət mərkəzi ilə göstərdiyi sıx əməkdaşlığa görə Fəxri Fərmanla və hədiyyələrlə təltif edilmişdir.Sonra tədbirə həsr olunmuş konsertdə şagirdlərimiz İ.Lamiyə,R.Sara,A Şərqiyyə, Azərbaycan xalq mahnısı olan “Sarı Gəlin” və Polad Bülbüloğlunun repertuarından “Gəl ey səhər!” mahnısını ifa etmiş,A.Yeva,S. Şəms, M. Anna gözəl rəqslər nümayiş etdirmişlər.Sonda şagirdlərimiz hədiyyələrlə təltif edilmişlər.Məktəbimizin direktoru Tahirə xanım Şükürova tədbirdə məktəbimizi yüksək səviyyədə təmsil etdiklərinə görə Tanqrıverdiyeva Gülnarə müəlliməni və şagirdləri səmimi qəlbdən təbrik etmişdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi