Müstəqil Dövlətlər birliyinin 25 illik yubileyinə həsr olunmuş "Vahid dərs"

22.09.2016-cı il tarixdə Nərimanov rayonu R.Nəsrəddinov adına 39 №-li tam orta məktəbdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin əmrinə əsasən MDB dövlətlərinin 25 illik yubileyinə həsr olunmuş "Vahid dərs" geniş şəkildə qeyd olundu.Tədbiri giriş sözü ilə məktəbin direktoru Tahirə xanım Şükürova açaraq qonaqları təqdim edib salamladı.Tahirə xanım çıxışında qeyd etdi ki, MDB 1991-ci ildə yaranıb.Azərbaycan isə bu quruma 1993-cü ildə məhz H,Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra qoşulub.Tədbirin təşkilatçısı məktəbin tarix müəllimi Tanqrıverdiyeva Gülnarə çıxış edərək tədbirin formatı haqqında məlumat verdi,Sonra şagirdlərdən ibarət qruplar MDB-yə daxil olan dövlətləri təmsil edərək hər qrup bir dövlətin mədəniyyəti, keçmişi haqqında məlumat verdi və həmin dildə mahnılar ifa etdilər.Tədbirdə Rusiya səfirliyinin I katibi Kannov Aleksey Valentinoviç, Rusiya Səfirliyinin Mədəniyyət üzrə attaşesi Orlova Oksana,Rusiya Mədəniyyət İnformasiya Mərkəzinin nümayəndəsi Yakunina Lyubov Timafeyevna, Tacikistan Səfirliyinin Mədəniyyət üzrə attaşesi Süleyman Sulexjon, həmçinin BŞTİ-nin məsləhətçisi Əhmədov Şirindil,BŞTİ-nin ictimai əlaqələr şöbəsinin əməkdaşı Məmmədova Xədicə,Milli Xəbər.az saytının rəhbəri Zamin Zeynal və Milli Xəbər.az saytının əməkdaşı Nicat Rüfət iştirak etdi.Tədbir Azərbaycanın Milli rəqsi "Yallı" ilə sona yetdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi