Bilik günü

Bu gün R.Nəsrəddinov adina 39 nömrəli tam orta məktəbdə 15 sentyabr "Bilik günü "münasibətilə tədbir keçirildi.Tədbirdə rayon İcra Hakimiyyətinin nümayəndəsi, müəllimlər və valideynlər iştirak etdi.Tədbiri giriş sözü ilə məktəbin direktoru Tahirə xanım Şükürova açıb şagirdləri yeni dərs ilinin başlanması münasibətilə təbrik etdi.Tahirə xanım Şükürova öz çıxışında qeyd etdi ki,məktəbimiz 14.09.2016-cı il tarixdə Bakı şəhəri üzrə Təhsil İşçilərinin ənənəvi sentyabr konfransında Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən 9-cu siniflər üzrə buraxılış imtahanlarının nəticələrinə əsasən yüksək nailiyyət əldə etdiyi üçün FƏXRİ FƏRMANLA təltif edilmişdir. Tahirə xanım bu münasibətlə şagirdlərimizin bu nailiyyəti əldə etməyində əziyyəti olan müəllimlərimizi təbrik edib,onları fəxri fərmanla təltif etdi və onlara uğurlar arzuladı!!!Tədbirdə həmçinin məktəbi 600-dən çox balla bitirən şagirdlərimiz də çıxış edib məktəbin direktoru Tahirə xanım Şükürovaya və müəllimlərə minnətdarlıq etdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi