Məktəbimizin uğurları

2015-2016-cı dərs ili R.Nəsrəddinov adına 39 saylı tam orta məktəb üçün uğurlu il olmuşdur.Belə ki,məktəbimiz,14.09.2016-cı il tarixində Bakı şəhəri üzrə Təhsil İşçilərinin ənənəvi sentyabr konfransında Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən 9-cu siniflər üzrə buraxılış imtahanlarının nəticələrinə əsasən yüksək nailiyyət əldə etdiyi üçün FƏXRİ FƏRMANLA təltif edilmişdir.Diqqətinizə çatdırırıq ki,bu fərmanla Bakı şəhərindəki 307məktəbdən 30-u təltif olunub ki,onlardan biri bizim məktəbdi.Nərimanov rayonu üzrə isə seçilən 3 təhsil müəssisəsindən 2-si liseydi,yeganə orta məktəb isə 39 saylı məktəbdir!Uğurlarımız davamlı olsun!!!Bundan başqa,bu il məktəbimizi bitirən 60nəfər məzundan 50-si yüksək nəticələr əldə edərək universitetlərə qəbul olmuşlar.Bu isə məktəb üzrə məzunların 80%-dən çoxu deməkdir.Məzunlarımızdan 3 nəfəri 600-dən ,5 nəfəri isə 450-500 bal toplayaraq yüksək nəticə əldə etmişlər.6 nəfər şagirdimiz Türkiyə,Rusiya və digər xarici ölkə universitetlərinə qəbul olmuşlar.Onlara uğurlar arzulayırıq!!!
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi