"Kiçik Akademiya"nın birinci elmi konfransı

10 iyun 2016-cı il tarixdə 39 saylı tam orta məktəbdə yaradılmış "Kiçik Akademiya"nın birinci elmi konfransı keçirildi.Konfransı giriş sözü ilə "Kiçik Akademiya"nı təşkil edən və elmi rəhbəri olan məktəbin kimya-biologiya müəllimi Hüseynli Yaqut açaraq Akademiyaya daxil olan şagirdləri konfrans iştirakçılarına təqdim etdi. Sonra şagirdlər götürdükləri mövzular haqqında geniş və ətraflı məlumat verdilər.Mövzuya uyğun slaydlar nümayiş etdirdilər. Sonda çıxış üçün söz məktəbin direktoru Tahirə xanım Şükürovaya verildi.Tahirə xanim çıxışında ilk öncə akademiyanın üzvlərini təbrik edərək onlara uğurlar arzuladı və münsiflər heyəti adından qalib komandaları elan etdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi