"Gənclərin hərbi xidmətə hazırlanması"mövzusunda diskusiya

Bu gün Tərxis Olunmuş Hərbiçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri,QHT-ə dəstək şurasının üzvü Emin Həsənli ilə məktəbimizin 9-10-11sinif şagirdləri görüş keçirmişdir. Görüşün əsas mövzusu "Gənclərin hərbi xidmətə hazırlanması oldu.Əsas məqsədi gəncləri Ali Hərbi Məktəblərə istiqamətləndirilməsi üçün bu məktəblərə qəbul qaydaları, Ali Hərbi Məktəblərdə təhsil almağın üstünlüklərinin təbliğ olunması,gənclər arasında hərb-vətənpərvərliklə bağlı görüşlərin keçirilməsi onlara ilkin hərbi biliklər verilməsi,ordunun dövlət və millət üçün əhəmiyyətinin aşılanması olmuşdur.Hər bir məktəblinin əsas vəzifəsi,ermənilərin uydurmalarını dünyada ifşa etmək üçün öz üzərlərinə düşən vəzifələrə çox ciddi yanaşmalı və bu istiqamətdə öz bacarıqlarını nümayiş etdirməlidirlər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi