“Uşaq hüquqlarının pozulmasının qarşısının alınması” layihəsi məktəbimizdə keçirildi

“Hüquq Dünyası” Hüquqi Təbliğat İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Uşaq hüquqlarının pozulmasının qarşısının alınması” layihəsi çərçivəsində növbəti seminar məktəbimizdə keçirildi.Seminarda çıxış edən “Hüquq Dünyası” Hüquqi Təbliğat İctimai Birliyinin sədri, layihənin rəhbəri Nazir Quliyev layihə haqqında iştirakçılara geniş məlumat verib.Qeyd edilib ki, layihənin əsas məqsədi məktəb uşaq birliklərinin və psixoloqların rolunu artırılmaqla uşaq hüquqlarının pozulmasının qarşısının alınmasına və zorakılığa məruz qalmış uşaqların problemlərinin həllinə dəstək göstərilməsi işini gücləndirməkdir.Seminarda çıxış edən Ombudsman Aparatının nümayəndəsi Murad Babayev Ombudsmanın həyata keçirdiyi fəaliyyətlərlə bağlı iştirakçıları məlumatlandırıblar. Eyni zamanda Ombudsmanın 916 Qaynar Xətt Xidməti ilə bağlı uşaqlara geniş məlumat veriblər. Seminarlarda çıxış edən məktəb direktorları, məktəb psixoloqları və məktəb uşaq birliklərinin rəhbərləri məktəbdə uşaqların hüquqi maarifləndirilməsi, onların hüquqlarının müdafiəsi və müraciət etmə mexanizmləri ilə bağlı öz təcrübələrini bölüşüblər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi