Azərbaycanın Milli Qəhrəmanı Şahlar Əvəz oğlu Şükürovun anadan olmasının 64-cü ildönümünə həsr olunmuş"Şəhidlər Ölməz,Vətən Bölünməz”! adlı ədəbi-bədii kompozisiya

Bu gün məktəbimizdə Azərbaycanın Milli Qəhrəmanı Şahlar Əvəz oğlu Şükürovun anadan olmasının 64-cü ildönümünə həsr olunmuş "Şəhidlər Ölməz,Vətən Bölünməz”! adlı ədəbi-bədii kompozisiya keçirildi.Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlanıldı. Tədbiri giriş sözü ilə məktəbin direktor müavini Könül Rəhimova açıq elan edərək qonaqlarımızı salamladı.Könül müəllimə çıxışında qeyd etdi ki,aprel ayında cəbhə xətdində ordumuzun qələbəsi bir daha sübut etdi ki, Şahlar Şükürov və yüzlərlə şəhidlərimizin ruhu rahat uyuya bilər.Çünki Ali baş komandan İlham Əliyevin başçılığı altında və müzəffər ordumuzun gücü sayəsində Lələ təpədə dalğalanan bayrağımızın Kəlbəcərə,Şuşaya sancılacağı gün uzaqda deyil.Tədbirdə həmçinin Milli Qəhrəman Şahlar Şükürovun ailə üzvləri, Bakı Şəhəri üzrəTəhsil İdarəsinin nümayəndəsi Fərman Abdullayev , ,Azərbaycan Respublikasının Milli Qəhrəmanları tanıtma ictimai birliyinin sədr müavini Rüzgar Əliyev,Respublika qəzetinin müxbiri Qədir Arslan müəllim və digər dəyərli qonaqlar iştirak etmişlər.Tədbirdə şagirdlərin çıxışında qəhrəmanın şərəfli həyat yolundan söz açmışlar.Şagirdlərin ifasında şeirlər səsləndirilib, mahnılar ifa edilmişdir. Şagirdlər tərəfindən Milli Qəhrəman Şahlar Şükürovla bağlı xatirələri, düşüncələri, əks etdirən “Şahların döyüş yolu” adlı kompozisiya nümayiş etdirilmişdir.Gələn qonaqların çıxışından sonra sonda Milli Qəhrəmanın oglu polis kapitanı Sənan Şükürova söz verildi.Tədbir xalq ulduzu Kamil Cəfərovun ifasında Qarabağ şikəstəsinin səsləndirilməsi ilə bitdi.Daha sonra İqtisadiyyat Universitetinin həyətindəki "Şəhidlər Ölməz,Vətən bölünməz"abidəsini ziyarət etmişlər.Burada Milli Qəhrəman Şahlar Şükürovun abidəsi önünə əklil və tər qərənfillər düzdülər.Azərbaycan tarixinə qızıl həriflərlə yazılmış qəhrəmanların sırasında Milli Qəhrəman Şahlar Şükürov onu sevənlərin qəlbində həmişə yaşayacaq.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi