Qəhrəmamlar unudulmur

 

"Azərbaycan xalqının tarixi qələbəsinin tədrisdə əks etdirilməsi haqqında" Fəaliyyət planına əsasən bu gün məktəbin 1ç sinfində Aytən Rəfiyevanın Vətən müharibəsi qəhrəmanlarına həsr olunmuş növbəti dərsi keçirildi. Dərs Azərbaycan Respublikasının Dövlət himninin səslənməsi ilə başlandı. Müəllimə 44 günlük Vətən müharibəsinin gedişi haqda ətraflı məlumat verib, videoçarx nümayiş etdirdi. Şagirdlər müharibə qəhrəmanlarından olan Xudayar Yusifzadə haqqında danışıb, onun ifasını dinlədilər. Həmin sinfin valideynlərindən olan, Füzuli uğrunda döyüşlərdə qəhrəmancasına həlak olan şəhid Azərbaycan Ordusunun Hərbi Hava Qüvvələrinin mayoru, hərbi pilot Abbas Qasımovun əziz xatirəsini yada saldılar. Onlar Xarı bülbül əfsanəsini söyləyib, çəkdikləri Xarı Bülbül rəsmlərini nümayiş etdirdilər. Sonda dərsdə iştirak edən məktəbin direktoru Tahirə Şükürova şagirdlərlə birgə qələbə sevincini bizə yaşadan şəhidlərimizə rəhmət dilədi, güclü ordumuz və onun Ali Baş Komandanı İlham Əliyevə təşəkkür bildirib, “Qarabağ Azərbaycandır!” söylədilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi