Vətənimizin qəhrəman oğulları

Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən nəzərdə tutulmuş "Azərbaycan xalqının tarixi qələbəsinin tədrisdə əks etdirilməsi haqqında "Fəaliyyət planına əsasən Nərimanov rayonu Rafiq Nəsrəddinov adına 39 nömrəli tam orta məktəbdə keçirilən dərslər öz axarı ilə davam edir. Bugünkü dərsimiz məktəbimizin Azərbaycan dili və ədəbiyyat müəllimi Köçərli Gülşən tərəfindən, 8 "a" sinif şagirdləri ilə birgə təşkil olunmuşdu. Məktəbimizin direktoru Tahirə Şükurova, direktor müavinləri, fənn müəllimləri də dərsdə iştirak edirdilər. Dərsin mövzusu "Vətənimizin qəhrəman oğulları" silsiləsindən şəhidimiz, ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın işğaldan azad olunması uğrunda" medalları ilə təltif olunmuş, ehtiyatda olan baş leytenant İlqar Cahid oğlu Vəliyevə həsr olunmusdu.

Dərsin əvvəlində Gülşən müəllimə Qarabağ müharibəsi, onun xoş və acı xatirələri haqqında məlumat verdi. Şəhidimizin döyüş yoldaşları ilə birlikdə keçirdiyi ad gününün videosu nümayiş etdirildi, təssuratlar alındı. Sonra şagirdlər şəhidimiz İlqar Vəliyevin həyatı, döyüş yolu, ailəsinə dövlət qayğısı haqqında danışdılar. 8 "a" sinif şagirdi Nuranə Rəhimova özünün İlqar Vəliyevə həsr etdiyi şeiri səsləndirdi. Şəhidlərimizə aid şeirlər söylənildi. Hüseyn Cabbarov "Şəhidlər ölməz, Vətən bölünməz" mövzusundakı essesini təqdim etdi.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi