Məzunlarımızla qürur duyuruq!

Xalqımızın şanlı tarixi çoxlu sayda qəhrəmanlıq səhifələri ilə zəngindir. Mayası qorxmazlıq, igidlik və vətənpərvərliklə yoğrulan bu xalq əyilməzliyini hər zaman sübut edib. Hər bir millət gələcəyə qəhrəman övladları ilə gedər. Qəhrəmanları olmayan millət tarixin sınaqlarından keçə bilməyəcək, dar və dolanbac döngələrdə azıb qalacaq. Qəhrəmanlığı edənlər də, onu tarixə yazanlar da vətənin igid övladlarıdır. 44 günlük Vətən Müharibəsi sübut etdi ki, ölümdən qorxmadan, sağlamlığını itirmək bahasına olsa belə vətən, torpaq, azadlıq uğrunda mübarizəsindən dönməyən əsgərlərimiz var. Sevindirici haldır ki, məzunlarımız sırasında vətən müharibəsində belə qəhrəmanlıq göstərən oğullarımızın sayı artmaqdadır. Bu gün haqqında danışacağım Zahir də belə oğullardandır. 2011-ci ildə məktəbmizi bitirən Zahir müharibə başlayan gündən könüllülər sırasına qatılaraq vətənin müdafisinə qalxmağı özünə borc bilir. Ağdərə istiqamətində, Talış, Suqovuşan ərazisində gedən döyüşlərdə iştirak edir. Yaxşı kəşfiyyatçı kimi seçilir. Vətən qarşısında öz borcunu layiqincə yerinə yetirən əsgərimiz artıq öz ailəsinə, evinə qovuşub. Biz də səninlə və sənin kimi qəhrəman oğullarımızla fəxr edirik! Var olsun bu torpağın mayası qəhrəmanlıqla yoğrulan igidləri!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi