Ümummilli lider Heydər Əliyevin anadan olmasından 93 il ötür

Bu gün məktəbimizdə Azərbaycan xalqının ümummilli lideri,Ulu öndər Heydər Əliyevin 93-cü ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.Tədbir ilk olaraq Azərbaycanın dövlət himnin səsləndirilməsi ilə başlanıldı.Tədbiri giriş sözü olaraq məktəbin direktoru Tahirə xanım Şükürovaya açdı.Tahirə xanım Ümummilli liderimiz Ulu Öndər Heydər Əliyev haqqında, onun keçdiyi mənalı ömür yolundan şagirdlərə danışaraq dedi ki,Müasir Azərbaycan dövlətinin yaranması və bizim bu gün firavan müstəqil dövlətdə yaşamağımızın səbəbi,məhz Heydər Əliyevin uğurlu siyasətinin bəhrəsidir, Heydər Əliyev bütün dünyaya Azərbaycanı tanıdan şəxsiyyət olmuşdur.Bu gün ölkəmizin günü gündən inkişaf etməsi,beynəlxalq arenalarda adımızın olması bu layiqli irsin davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adı ilə baglıdır.Daha sonra şagirdlərin ifasında Ulu Öndərə həsr olunmuş şeirlər,mahnılar səslənmiş,Ulu Öndərin ömür yolunu əks etdirən "Xalqa bağışlanan ömür"adlı film nümayiş etdirimişdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi