"Heç kim unudulmur, heç nə yaddan çıxmır "adlı və faşizm üzərində Qələbənin 71ci ildönümü münasibətilə tədbir

May ayının 5-də Məktəbimizdə şagirdlərdə vətənpərvərlik tərbiyəsinin inkişafını gücləndirmək məqsədi ilə "Heç kim unudulmur, heç nə yaddan çıxmır "adlı və faşizm üzərində Qələbənin 71ci ildönümü münasibətilə tədbir keçirildi.Tədbir ilk Azərbaycan Respublikasının dövlət himnin səsləndirilməsi ilə açıq elan edilmişdir. Tədbirdə Müharibə vetaranlarımızdan;Cümşüdov Əli,Məlikov Bağır, İsrafilova Sevil, Fərziyev İmaməddin,Rusiya Səfirliyinin İnformasiya Mədəniyyət mərkəzinin tədris proqramının kordinatoru Yakunina Lyubov,mərkəzin metodisti Alinina Alesya, mərkəzin nümayəndəsi Oksana Orlova iştirak etmişdirlər.Tədbir iştirakçıları 2-5 aprel 2016-cı il tarixlərində şəhid olmuş əsgərlərimizin ruhunu bir dəqiqəlik sükutla yad etdilər..Daha sonra məktəbimizin direktoru Tahirə xanım Şükürovaya söz verildi.Tahirə xanım çıxışında ilk olaraq məktəbimizin dəvətini qəbul edib gələn qonaqlarımızı salamlamış,onları qələbə günü münasibəti ilə təbrik etmişdir.Tahirə xanım çıxışında dedi ki, Ölkə Prezidentimiz, Ali baş Komandanımız İlham Əliyevin başçılığı altında müzəffər ordumuzun gücü sayəsində qələbə sevincinin dadını bu yaxın günlərdə hiss edəcəyik.Daha sonra müharibə vetaranlarına söz verilmişdir. Tədbirdə şagirdlər hazırladıqları kompozisiyaları, vətənpərvərlik mahnıları səsləndirmişlər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi