Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 93-cü ildönümü ilə əlaqədar anım tədbiri keçirilib

Aprelin 28-də məktəbimizdə Azərbaycan Respublikasının əməkdar elm xadimi, tibb elmləri doktoru, Azərbaycan Elmlər Akademiyasının akademiki Zərifə Əziz qızı Əliyevanın anadan olmasının 93-cü ildönümü geniş şəkildə qeyd olunmuşdur.Tədbirdə giriş olaraq məktəbin direktoru Tahirə xanım Şükürova çıxış edərək Zərifə xanım haqqında xoş sözlər söyləyərək dedi ki, Zərifə xanım gözəl alim, qayğıkeş ana, gözəl, vəfalı ömür-gün yoldaşı olmuşdur.Zərifə xanım bir ömür-gün yoldaşı kimi ümummilli liderimiz, əbədi prezidentimiz Heydər Əliyev gərgin fəaliyyətlə məşğul olduğu zamanlarda hər zaman onun yanında, arxa-dayaq olmuşdur..Tahirə xanım həmçinin onuda qeyd etdi ki,Zərifə xanım Əliyevanın fədakarlığı, yüksək vətəndaşlıq məsuliyyəti, insanlara və onların problemlərinə göstərdiyi qayğı, fəal həyat mövqeyi onu hər hər kəsə sevdirib, və gələcək nəsillər üçün əsl nümunəyə çevirmişdir. Zərifə xanım Əliyevanın qədirbilən xalqımızın qəlbində əbədi yaşayacağını, daim dərin ehtiramla, rəğbətlə anılacağını diqqətə çatdırıb.Şagirdlər görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın keçdiyi mənalı həyat yoluna nəzər salmışlar.Tədbirdə Zərifə xanım Əliyevanın mənalı ömür yolunu və zəngin elmi yaradıcılığını əks etdirən videoçarx nümayiş etdirilib. Şagirdlər tərəfindən Sözləri: Fikrət Qoca Musiqisi: Sevil Aliyevaya məxsus "Ana" şeirini söylədilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi