Seçilmişlərdən"adlı bədii kompozisiya

Aprel ayının 27-də Azərbaycanın görkəmli elm xadimi, kimya elmləri doktoru, akademik, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, AMEA-nın akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru Vaqif Abbasov məktəbimizin qonağı olub.Məktəbimizin akt zalında azərbaycan dili və ədəbiyyat müəlliməsi C.Dilarə şagirdlərlə birlikdə Azərbaycanın görkəmli elm xadimi,akademik, Abbasov Vaqif müəllimə həsr olunmuş "Seçilmişlərdən"adlı bədii kompozisiya keçirilmişdir.Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlanıldı.Sonra giriş sözü olaraq məktəbimizin direktoru Tahirə xanım Şükürova qonaqları salamlamış, akademikin məktəblilərlə görüşünün şagirdlər üçün böyük önəm daşıdığını bildirmişdir.Akademik Vaqif müəllimin həm gözəl insan,həm ata,həm də gözəl müəllim olduğunu vurğulayaraq onun həyat yolundan danışan Tahirə xanım görkəmli ziyalının ibrətamiz məsləhətlərindən hər bir şagirdin bəhrələnməsini tövsiyə etmişdir.Tahirə xanım bu tipli tədbirlərin uşaqların tərbiyəsinə, dünyagörüşünə, bədii mütaliəsinə müsbət təsir edəcəyini xüsusi olaraq qeyd etmişdir. Görüşdə professor Vaqif Abbasovun həyat yolu haqda şagirdlər məlumat verdi. Bildirildi ki, O, gərgin zəhməti, məqsədyönlü fəaliyyəti nəticəsində nəinki Azərbaycanın, dünyanın bir çox ölkələrinin elm aləmində yaxşı tanınıb.Daim oxumaq, inkişaf etmək, araşdırmaları ilə kimya elmini daha da zənginləşdirmək istəyi onun 1991-ci ildə doktorluq dissertasiyası müdafiə etmişdir.Həmçinin şagirdlər alimin şeirlərindən nümunələr səsləndirmiş,dahi N.Gəncəvinin "İsgəndərnamə" əsərində İsgəndlərlə alimlərin söhbəti səhnəsini canlandırmışlar.Tədbirdə məktəb rəhbərliyi və pedaqoji kollektivi,BŞTİ-nin nümayəndəsi Fərman Abdullayev iştirak etmişlər.Sonda Tahirə xanım Şükürova məktəbin dəvətini qəbul edərək şagirdlərlə görüşə gələn Vaqif müəllimə öz təşəkkürünü bildirdi.Daha sonra Akademik Vaqif Abbasov şagirdlər tərəfindən verilən sualları cavablandırmışdır. Tədbirdə fəal iştirak edən şagirdlər yazıçının kitabları ilə mükafatlandırılıb.Tədbirdə həmçinin məktəbimizdə təhsil alan dərslərində əla qiymətlərinə görə fərqlənən şagirdlərə "Heydərçi gənclər" fəxri diplomu və döş nişanı ilə təltif olunmuşlar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi