20 Yanvar faciəsinə həsr olunmuş sərgi

Qanlı Yanvar hadisələrinin 30-cu ildönümü ərəfəsində məktəbdə müxtəlif siniflərin şagirdlərinin rəsm və əl işlərindən ibarət sərgi təşkil edilib. Məktəbin direktoru Tahirə Şükürova şagirdlərlə birgə sərgi önündə şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. 20 Yanvar hadisələrininin tarixindən danışan Tahirə Şükürova bu faciəyə hüquqi-siyasi qiymətin böyük dövlət xadimi Heydər Əliyev tərəfindən verildiyini diqqətə çatdırıb. O, ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin şəhidlərin adını daim uca tutmasındanonların ailələrinin sosial müdafiəsinə xüsusi diqqət göstərməsindən bəhs edib. Sonra şagirdlər sərgi önünə tər qərənfillər qoyaraq, 20 Yanvar faciəsinin ağrılarını, düşmənə qarşı nifrət hisslərini vətənpərvərlik ruhunda səsləndirdilər. Allah şəhidlərimizə rəhmət eləsin!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi