Respublika Fənn Olimpiadası

Elm və Təhsil Nazirliyinin keçirəcəyi fənn olimpiadasına hazırlığını təmin etmək məqsədilə 4 noyabr 2023-cü ildə məktəbimizdə Azərbaycan dili, riyaziyyat, informatika, fizika, kimya, biologiya, tarix fənləri üzrə Respublika Fənn Olimpiadasının məktəb turu keçirildi.
Məktəbimizin 8, 9,10,11-ci sinif şagirdləri iştirak etdi.
Məktəb turu mərhələsinin keçirilməsinin əsas məqsədi istedadlı uşaqların aşkar olunması, şagirdlər arasında sağlam rəqabət mühitinin yaradılması, aşağı sinif şagirdlərinin müxtəlif fənlərə olan marağının artırılması, onlarla məqsədyönlü işlərin aparılması və Beynəlxalq olimpiadalara hazırlıq mərkəzlərinə namizəd şagirdlərin müəyyən edilməsindən ibarətdir.