“Şagirdlərin Məqsədli Karyera hazırlığı”

“Şagirdlərin Məqsədli Karyera hazırlığı” adlı layihə yekunlaşıb.Təhsil Nazirliyinin elan etdiyi “İctimai təşəbbüslərin dəstəklənməsi üzrə layihə müsabiqəsi”nə qoşularaq “Azərbaycan Gənclərinin Nailiyyəti” ictimai birliyinin qalib olduğu “Şagirdlərin Məqsədli Karyera hazırlığı” adlı layihəsi yekunlaşıb.Gənclərə öz gələcək karyelarını düzgün müəyyənləşdirməkdə, şəxsi maraqlarına uyğun ixtisas seçimində, dəyər və bacarıqlarına uyğun iş imkanları axtarışında mühim rol oynayan layihə Bakı şəhərində yerləşən 10 ümumtəhsil müəssisəsində uğurla həyata keçirilib.İki mərhələdə təşkil olunmuş layihənin ilkin mərhələsinə “Məqsədli Karyera hazırlığı” üzrə təlim proqramı ilə start verilib. Təlim proqramının əsas məqsədi şagirdlərin şəxsi potensiallarını düzgün dəyənləndirib, mövcud real imkanlardan maxsimum istifadə edə bilmək keyfiyyətlərini üzə çıxartmaq olub. Bu mənada gənclərin karyera seçimlərində özlərinin buraxdıqları əsas səhvlər, yan faktorlar, maraqların biznesə çevrilməsi, düzgün qərar qəbul etmə yolları şagirdlərə slaydlar, rol oyunları, qrup işi şəklində izah olunmuş və şagirdlərlə sual cavab formasında müzakirə edilmişdir. Təlim proqramı şagirdlərdə müstəqil fikrin formalaşmasına, düzgün hədəflərin müəyyən olunmasına və peşə seçimindəki çətinliklərin həllinə imkan yaradıb. Növbəti mərhələdə təlim proqramında aktiv iştirak etmiş şagirdlərlə iş adamlarının görüşü təşkil edilib. Görüşün məqsədi müxtəlif sahələr üzrə mümkün karyera və iş imkanları barədə şagirdləri məlumatlandırmaq olub. Sözü gedən görüşdə Təhsil Nazirliyinin Təhsilin İnkişaf proqramları şöbəsinin mütəxəssisi İlahə Rəsulova, Chevron Azərbaycanın prezidenti Bəxtiyar Axundov, Azercell-in Müstəri Kanalları departamentinin direktoru İmran Bağırov, Deloitte-in İnsan Resursları departamentinin rəhbəri Vüsalə Kərimova, Paşa Bank ASC-nın İşəqəbul üzrə meneceri Eldar Xəlilov və Sumaks MMC-nin təsisçisi Cavid Məmmədov- ekspert kimi iştirak ediblər.Ekspertlər müxtəlif sahələr üzrə (kompyuter texnologiyası, mobil telekommunikasiya, iqtisadiyyat və bank sektoru, maliyyə, siyasi elmlər, biznes planlaşdırma və s.) mümkün karyera və iş imkanlarından bəhs edərək, öz təcrübələrini şagirdərlə bölüşüblər. Görüşün sonunda şagirdləri maraqlandıran suallar cavablandırılıb.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi