Azərbaycan Dillər Universitetində Pedaqoji təcrübə ilə bağlı yekun konfransda iştirak edib.

23 may 2016-cı il tarixində Bakı şəhəri 35№-li tam orta məktəbin ingilis dili müəllimi Sədaqət Məmmədova Azərbaycan Dillər Universitetində Pedaqoji təcrübə ilə bağlı yekun konfransda iştirak edib. S.Məmmədova məktəbdə 16 fevral – 24 may 2016-cı il tarixlərində Pedaqoji təcrübə haqqında, gördükləri işlər haqqında, məktəbdə olan yüksək səviyyəli şərait, keçirilən tədbirlər, dəyirmi masalar, seminarlar, təcrübi tələbələrin verdikləri açıq dərslər haqqında konfrans iştirakçılarına geniş məlumat verib. S.Məmmədova məktəbin direktoru Rəna xanım Naibovanın ADU-nun Leksikologiya kafedrasının müdiri, dosenti Amil Cəfərova, Leksikologiya kafedrasının baş müəllimi Mehriban Hacızadəyə, təcrübəçi tələbələrin bir neçəsinə “2015-2016-cı tədris ili pedaqoji təcrübə müddətində Bakı şəhəri 35№-li tam orta məktəbin ictimai işlərində fəal iştirak etdiyinə görə” diplomlarla təltifini təqdim edib. ADU-nun rektor vəzifəsini icra edən Dünyamin Yunusov məktəbin ingilis dili müəllimləri S.Məmmədova , R.Mehdiyevaya, P.Talıbovaya Universitetin ictimai həyatında fəal iştirak etdiklərinə görə “Təşəkkür” elan edib. Rektor Dünyamin Yunusov Universitet məktəb arasında sıx əməkdaşlığın davam etdirilməsini tövsiyə edib. Sədaqət Məmmədova çıxışının sonunda öz təkliflərini konfrans iştirakçılarına təqdim edib və ADU-nun Professor müəllim kollektivinə gələcək işlərində uğurlar arzulayıb.