Bulling Nədir?

Son zamanlar  dünyanın bütün ölkələrində və  təhsil müəssisələrində müşahidə olunan ən qabarıq problemlərdən biri təhsilalanların təzyiq və aqressiv davranışların hədəfi olmasıdır. Onlardan biri son vaxtlar leksikonda  yer almış bullinqdir (bullying).  İlk dəfə 1985-ci ildə Böyük Britaniyada işlədilən bu termin bu mövzuda ilk tədqiqat işləri üzə çıxdıqdan sonra XX əsrin əvvəllərində geniş istifadə olunub.

      Bu məqsədlə noyabrın 19-u il 34 №-li tam orta məktəbin akt zalında tərbiyə işləri üzrə direktor müavini Nərmin İbrahimli  və məktəbin psixoloqu Mehriban Həsənovanın təşkilatçılığı ilə bullinqlə bağlı təlim keçirilmişdir. Təlimdə IX sinif şagirdlərinin valideynləri iştirak etmişlər.  Təlimin keçirilməsində əsas məqsəd valideynləri bullinq davranışları ilə tanış etmək və onun qarşısını almaqda valideynlərə və şagirdlərə dəstək olmaqdan ibarət olmuşdur.

     Təlim zamanı məktəbdə şagirdlərin sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi, tərbiyə işinin, məktəb-ailə münasibətlərinin düzgün tənzimlənməsi, məktəbdə psixoloji xidmət və sağlam psixoloji mühitin rolu barədə geniş məlumat verilmişdir. Sonda Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə həyata keçirilmiş "Mənimlə danış" kompaniyasının videoçarxı nümayiş olunmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi