İlin yekununa dair Pedaqoji Şura

     İyunun 25-də 34 nömrəli tam orta məktəbdə ilin yekununa dair pedaqoji şura keçirilib.

Pedaqoji şuranı çıxış sözü ilə məktəbin direktoru tarix üzrə fəlsəfə doktoru Rəhman Hacıyev açdı. İclasda təlim-tərbiyə işləri üzrə direktor müavini Hüseynov Tofiq BSQ-lərin nəticələrini, I və II  BSQ-lərin müqayisəli təhlilini aparıb, zəif nəticə göstərən siniflər haqqında məlumat verdi. IX siniflərin DİM tərəfindən keçirilən buraxılış imtahanlarında göstərdiyi nəticələr haqqında iclas iştirakçılarını məlumatlandırdı. Sinifdən-sinfə keçənlər, biliyi qiymətlənməyən, yay tədris tapşırığı olan şagirdlərin siyahısı açıqlandı.

      İclasda fənn metodbirləşmə rəhbərlərinin və sinif rəhbərlərinin il ərzində gördüyü işlərin hesabatları dinlənib, rəylər nəzərə alındı. Növbəti tədris ilində həyata keçirilməsi nəzərdə tutulan bəzi məsələlər müzakirə olundu.

      İclasın sonunda il ərzində məktəbin ictimai işlərində göstərdiyi fəallığa görə metodbirləşmə rəhbərləri, fənn müəllimləri və digər işçilər  direktor tərəfindən fəxri fərman və təşəkkürnamələrlə təltif olundular.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi