“Şahin” hərbi-idman oyununun Nərimanov rayon birinciliyi keçirilib

   17 aprel 2019-cu il tarixdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunların “N” saylı hərbi hissəsində Nərimanov Rayon İcra Hakimiyyətinin, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nərimanov Rayon İdarəsinin və Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Şahin” hərbi-idman oyununun rayon birinciliyi keçirilib.
        “Şahin” hərbi-idman oyununun keçirilməsində məqsəd böyüməkdə olan nəslin hərbi vətənpərvərlik tərbiyəsinə diqqət və qayğını daha da artırmaq, məktəb şagirdlərini hərbi-idman oyunlarına geniş cəlb etməklə onların ordu sıralarında xidmətə hazırlanmasına kömək göstərilməsindən ibarətdir. 
     Yarışda komandanı yüksək səviyyədə hazırladığına görə hərbi hazırlıq müəllimi Fədai Azadəliyev və fərqləndiyinə görə məktəb şagirdləri Fəxri Fərmanla təltif olunmuşlar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi