Xocalı faciəsini unutmayaq

        Fevralın 25-də B.Sultanov adına 34 nömrəli tam orta məktəbdə Xocalı faciəsinin 27-ci ildönümü ilə əlaqədar "Xocalı-qan yaddaşımızdır" adlı "Dəyirmi masa" keçirilib. Məktəbin müəllim kollektivinin iştirakı ilə keçirilən "Dəyirmi masa" da əvvəlcə Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. “Dəyirmi masa” da çıxış edən tarix müəllimi Arzu Həsənova Xocalı soyqırımının beynəlxalq ictimaiyyətdə tanınması istiqamətində dövlət səviyyəsində həyata keçirilən tədbirlərdən, görülən işlərdən danışdı.  "Xocalı-qan yaddaşımızdır"  mövzusunda keçirilən  "Dəyirmi masa" da X  sinif  şagirdləri çıxış etdilər. Çıxış edənlər qeyd etdilər  ki, XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Xocalı soyqırımı əsrin Xatın, Xirosima, Naqasaki və Sonqmi kimi dəhşətli faciələri ilə bir sırada dayanır.

     "Dəyirmi masa" da çıxış edən məktəbin direktoru tarix üzrə fəlsəfə doktoru Rəhman Hacıyev Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən həyata keçirilən “Xocalıya ədalət” məlumatlandırma kampaniyası çərçivəsində soyqırımın beynəlxalq səviyyədə tanıdılması istiqamətində mühüm addımların atıldığını bildirdi. O, qeyd etdiki, hər il bu kampaniya daha geniş vüsət alır, əcnəbi gənclər xalqımıza qarşı törədilən faciənin səbəbini və səbəbkarlarının kimliyini öyrənir, Dağlıq Qarabağ münaqişəsi barədə daha çox məlumat əldə edirlər. Çıxışının sonunda Azərbaycan xalqının və onun dövlətinin  Xocalı faciəsini heç vaxt unutmadığını  bir daha vurğulamışdır.

    Nərimanov Rayon  Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 26 fevral - Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş “Xocalı soyqırımını unutma” mövzusunda məktəblilər arasında inşa yazı və rəsm müsabiqələrinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib. Həmin müsabiqədə I yeri məktəbimizin şagirdi Fidan Mehdizadə tutmuşdur. Digər şagirdlərimiz isə diplom və hədiyyələr ilə təltif olunublar. Məktəbin direktoru fərqlənən şagirdləri təbrik etmiş, onlara gələcək müsabiqələrdə uğurlar arzulamışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi