Pedaqoji Şuranın növbəti iclası

      08.02.2019-cu il tarixində məktəbdə birinci yarımilin yekunları ilə bağlı Pedaqoji Şuranın növbəti iclası keçirilib. Şuranı giriş sözü ilə məktəbin direktoru tarix üzrə fəlsəfə doktoru R. Hacıyev açaraq, keçirilmiş BSQ-lər, yeni qimətləndirmə qaydaları barədə ətraflı məlumat verib. BSQ-lərin keçirilməsi zamanı ortaya çıxan nöqsanlar və qazanılan təcrübə barədə danışıb. İclasda I yarımilin yekunlarına dair direktor müavinləri və metodbirləşmə rəhbərlərinin hesabatı, məktəbdaxili qiymətləndirmənin nəticələri və digər görülən işlər haqqında çıxışlar dinlənilib, sonra cari məsələlər və II yarımildə həyata keçirilməsi nəzərdə tutulan layihələr haqqında məktəbin direktoru Rəhman Hacıyev məlumat verib, tövsiyələr və təkliflər nəzərə alınıb. İclasın sonunda Rəhman müəllim ənənəsinə sadiq qalaraq ad günü qeyd olunan müəllimləri kollektiv adından təbrik edərək, gül və "Fəxri Fərman"la mükafatlandırdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi