Nərimanov rayonunda gənclərin həqiqi hərbi xidmətə yolasalma mərasimi keçirilib

04 oktyabr 2018-ci il tarixdə Nərimanov Rayon İcra Hakimiyyətinin,Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nərimanov Rayon İdarəsinin, Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Rayon İcra Hakimiyyətinin iclas zalında hərbi xidmətə yolasalınan gənclərlə görüş keçirilib. Hərbi vətənpərvərlik sahəsi üzrə keçirilən tədbirlərdə fəal iştirakına, həmyaşıdları arasında nümunəvi davranışına və təhsilində fərqləndiyinə görə bir qrup şagirdlər Fəxri Fərmanla, hərbi xidmətə yolasalınan gənclər isə hədiyyələr ilə təltif olunub.34 nömrəli tam orta məktəbin Xa sinif şagirdi Mehdizadə Fəridə Ramiz qızı hərbi vətənpərvərlik sahəsi üzrə keçirilən tədbirlərdə fəal iştirakına görə Fəxri Fərmanla təltif olunmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi