"SON ZƏNG"TƏDBİRİ KEÇİRİLDİ

34 №-li tam orta məktəbdə "Son zəng" tədbiri keçirilmişdir.Tədbir musiqi sədaları altında Azərbaycanın Dövlət Bayrağının gətirilməsi,məktəbin direktoru  Rəhman Hacıyev təntənəli surətdə şənliyi açıq elan etməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başladı.Rəhman Hacıyev öz çıxışında məzunlara öz səmimi arzu və istəklərini bildirdi və bütün məktəb kollektivini, qonaqları  təbrik etdi. Çıxış edənlər arasında əvvəlki illərdə məktəbimizi bitirən və yüksək nəticələrlə respublikanın ali məktəblərini qazanan məzunlar da var idi. İlk sinif müəllimlərinin və körpə fidanların da çıxışı yaddaqalan oldu.Məzunlarımızın rəngarəng şeirləri və şən mahnıları tədbirə xüsusi gözəllik verdi. Bəyaz göyərçinlərin havadakı zərif uçuşlarını müşyiət edən al-əlvan şarların kölgəsində rəqs edən məzunlar göz yaşlarını saxlamaqda çətinlik çəkirdilər. Nəhayət ki, hər kəsin səbirsizliklə gözlədiyi son zəngin sədaları eşidildi. Məzunlar məktəblə və müəllimləri ilə son dəfə vidalaşaraq xatirə rəsmləri çəkdirdilər. Bu xatirə nəinki onların rəsmlərində, hətta o saf və təmiz şagird qəlblərinin dərinliklərində hələ uzun müddət qalacaqdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi