TƏHSİL MUZEYİNƏ EKSKURSİYA

Bu gün məktəbimizin 9c sinif şagirdləri«XalqTəhsili Muzeyi»nə ekskursiya etmişlər.Respublikamızın muzeyləri arasında Azərbaycan təhsilinin tarixini yaşadan, görkəmli pedaqoq və maarifçilərimizin həyat və fəaliyyətini işıqlandıran Xalq Təhsili Muzeyinin özünəməxsus yeri vardır. Muzeyə ekskursiya zamanı mövzulara dair materialları və eksponatları əyani şəkildə görmək və onlara dair daha geniş məlumat almaq təbliğatla yanaşı, böyüməkdə olan nəslin bilik səviyyəsinin yüksəlməsinə və onlarda vətənpərvərlik hissinin aşılanmasına xidmət edir. Ekspozisiya üzrə mühazirələr sanki eksponatları canlandırır, muzeyə gələn şagirdləri tarixi hadisələrin səyahətçisinə çevirir. Muzeydə nümayiş olunan eksponatlar şagirdlərin böyük marağına səbəb oldu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi