Qalib idmançılarla görüş

Fevralın 12-də 34 nömrəli tam orta məktəbin direktoru Rəhman Hacıyev məktəbimizin idman şərəfini qoruyan idmançılar və onların müəllimi ilə görüş keçirdi.Görüşdə Rəhman Hacıyev bildirdi ki, idmançılarımızın göstərdiyi uğur qürurvericidir: “Məşq etmək,çalışmaq başqa,amma nəticə göstərmək,qələbəyə sevinmək bir başqadır. Qalib olub mükafat qazandınız. Amma bu o demək deyil ki, bundan sonra arxayınlaşmalısınız. Çalışmalısınız ki, 2018-cı ildə keçiriləçək digər idman yarışlarında bundan da uğurlu çıxış edəsiniz”.Sonra çıxış edən şagirdlər idmançılara göstərilən dəstəyə, diqqət və qayğıya görə məktəb rəhbərliyinə minnətdarlıqlarını bildirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi