Mənim bayrağım

7 noyabr 2017-ci il tarixində 34 nömrəli tam orta məktəbdə 9 noyabr Dövlət Bayrağı günü münasibətilə “Mənim bayrağım” adlı şeir, rəsm və əl işlərindən ibarət müsabiqə keçirildi. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Rəhman Hacıyev tədbir iştirakçılarını salamladı, hər birini qarşıdan gələn “9 noyabr- Dövlət Bayrağı Günü” münasibəti ilə təbrik etdi və şagirdlərə uğurlar arzuladı. Sonra tədbirdə iştirak edən şagirdlər Azərbyacan Respublikasının Dövlət Himnini səsləndirdilər.Daha sonra Rəhman Hacıyev qeyd etdi ki, müsabiqənin keçirilməsində məqsədimiz yeniyetmə və gənclərdə dövlətimizin ictimai-siyasi işlərinə maraqlarını artırmaq və onları dövlət atributlarına vətənpərvərlik ruhunda tərbiyə etməkdir. R. Hacıyev vurğuladı ki, hər il olduğu kimi bu il də xalqımız Dövlət Bayrağı Gününü böyük fərəh və qürur hissi ilə keçirir: “Xalqımızın Ulu Öndəri Heydər Əliyev Azərbaycanın üçrəngli müqəddəs bayrağı haqqında fikirlərini bildirərkən vurğulamışdır ki, Azərbaycanın dövlət bayrağı xalqımızın mərdliyinin, igidliyinin, şərəf və ləyaqətinin ali simvoludur. Bu gün müstəqil Azərbaycan bayrağı müxtəlif rəsmi təşkilatların binalarının qarşısında əzmlə dalğalanır. Eyni zamanda, ölkə Prezidenti cənab İlham Əliyev dünyanın bir çox nüfuzlu qurumlarında, tədbirlərində iştirak edərkən bayrağımız müstəqil Azərbaycanın tərənnümçüsü kimi ən ali məqamlarda dalğalanır”.Müsabiqə V-XI siniflər üzrə keçirilmiş və 50 nəfər şagird mübarizə aparmışdır.Qaliblər məktəb rəhbərliyi tərəfindən müvafiq dərəcəli diplomlar və hədiyyələr ilə təltif olunmuşlar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi