Uşaq Hüquqları aylığı

Hər il ənənəvi olaraq oktyabrın 20-dən noyabrın 20-dək BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsinin ildönümü ərəfəsində respublikamızda “Uşaq Hüquqları aylığı” keçirilir. Aylığın keçirilməsinin əsas məqsədi uşaqlara diqqətin artırılması, uşaq hüquqlarının qorunması sahəsində vəziyyətin daha da yaxşılaşdırılmasıdır.34 nömrəli tam orta məktəbdə aylıq çərçivəsində tədbir təşkil olunub.Bu münasibətlə noyabrın 6-da məktəbimizdə şagirdlərin iştirakı ilə "Uşaq Hüquqları” adlı seminar keçirildi. Məktəbin direktoru Rəhman Hacıyev uşaqların hüquq və azadlıqları, uşaq hüquqları haqqında konvensiya barəsində şagirdlərə ətraflı məlumat verdi.Seminar qarşılıqlı diskusiya şəraitində həyata keçirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi