İlk dərs günü

             Bu gün 15 sentyabr – Azərbaycanda Bilik Günü kimi qeyd olunur. Bütün təhsil və tədris müəssisələrində ilk günün sevinci yaşanır. 15 sentyabr təkcə “Bilik günü” deyil, həm də hər birimizin həyatında yeni başlanğıc anı və təqvimidir.
        Bilik çırağını yandıran müəllim isə təkcə bu missiya ilə deyil, həm də vətəndaş tərbiyəsi ilə məşğuldur. Uğurlu şagird-tələbə, uğurlu təhsil müəssisəsi, uğurlu vətəndaş-sonda uğurlu cəmiyyət deməkdir. Bu həlqəni birləşdirən isə məktəb, öyrənməyi öyrənən məktəbli və müəllimdir.
        2020-2021-ci tədris ilində pandemiya ilə əlaqədar  olaraq, dərslər həm əyani, həm də distant (məsafədən) formada təşkil edilir.
        Bu gün I-IV siniflər tədris ilinə əyani və distant (məsafədən), V-XI siniflər isə distant formada başlayır.
        Başda məktəbimizin direktoru tarix üzrə fəlsəfə doktoru Rəhman Hacıyev olmaqla, yeni dərs ilinin başlanması münasibətilə bütün müəllimləri, şagirdləri təbrik edir, onlara uğurlar arzulayırıq!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi