XI siniflərin buraxılış imtahanı

            Qlobalizasiyanın pandemiyadan əziyyət çəkdiyi bu dövrdə, təhsil, elm və öyrənmə prosesinə olan təsirlər, əlbəttə ki, öz sözünü dedi. Təhsil sistemi elektron qaydaya keçdi və düzgün aparılan dövlət siyasəti nəticəsində bütün müəssisələr bu işə öz töhfələrini verdilər. Məktəbimizdə imtahan prosesində yüksək nailiyyətlər əldə etmək məqsədilə böyük işlər aparıldı. Şagirdlərin hazırlığı elektron vəziyyətdə də olsa, öyrətməyi özünə borc bilən əvəzsiz müəllimlərimizin və məsuliyyətli şagirdlərimizin səyi nəticəsində öz sözünü dedi. İyunun 11-də keçirilən XI siniflərin buraxılış imtahanında 300 bal sistemi ilə qiymətləndirilən şagirdlərimiz yüksək nəticələrlə məktəbimizi, müəllimlərimizi sevindirdi.

        34 nömrəli tam orta məktəb hər zaman olduğu kimi, yüksək nəticələrlə ictimaiyyət qarşısına çıxıb, daim yüksək pillədə qalmağı bacardı. Aşağıda adları qeyd olunan məzunlarımızı kollektivimiz adından ürəkdən təbrik edir, onlara gələcək həyatlarında müvəffəqiyyət arzu edirik. İnanırıq ki, bu şagirdlərimiz qarşıdakı blok imtahanlarında da yüksək nəticələr əldə edərək tələbə adını qazanacaqlar.
Əmirli Eltac- 289 bal
Ağayev Şahin - 266 bal
Mehdizadə Fidan - 263 bal
Miratayeva Günay- 262 bal

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi