Buraxılış imtahanlarına hazırlıqla əlaqədar virtual görüşlər

        13 və 15 may 2020-ci il tarixlərində 9-cu sinif şagirdlərinin buraxılış imtahanlarına hazırlıqla əlaqədar olaraq, valideynlərlə virtual görüşlər keçirildi. İclaslarda məktəbin direktoru tarix üzrə fəlsəfə doktoru Rəhman Hacıyev, təlim-tərbiyə işləri üzrə direktor müavini Cəmilə Talıbova, tərbiyə işləri üzrə direktor müavini Nərmin İbrahimli, məktəbin psixoloqu Mehriban Həsənova, 9-cu siniflərin sinif rəhbərləri və fənn müəllimləri iştirak edib. Buraxılış imtahanlarına hazırlıqla bağlı görülmüş işlərə dair hesabatlar dinlənilib. İclasda çıxış edən Rəhman Hacıyev zəif nəticə göstərən şagirdlərlə əlaqəli onlayn risk qruplarının yaradılmasını, əlavə müəllimlərin bu qruplara təhkim olunmasını, valideynlərə isə şagirdlərin risk qrupu üçün təşkil olunmuş dərslərdə iştirakını mütləq şəkildə təmin etməyin vacibliyini vurğulayıb. Müzakirələr zamanı Dövlət İmtahan Mərkəzi və Təhsil Nazirliyi tərəfindən qəbul edilmiş imtahan modeli haqqında fikir mübadiləsi aparılıb. Valideynlər tərəfindən Rəhman Hacıyevə birbaşa suallar ünvanlanmış, qaranlıq qalan nüanslara aydınlıq gətirilib.

       İclasın sonunda məktəbin direktoru yüksək nəticə göstərmiş şagirdlərin uğurlarını yüksək qiymətləndirmiş, çalışma əzmləri və iradələri, sahib olduqları motivasiyanı göz önünə alaraq, bu işdə onlara dəstək olan valideynlərinə xüsusi təşəkkür ünvanlanıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi