“Xocalı soyqırımını unutma” mövzusunda inşa yazı və rəsm müsabiqələrinin qaliblərinin mükafatlandırılma mərasimi

Nərimanov Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 26 fevral - Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş “Xocalı soyqırımını unutma” mövzusunda Nərimanov rayon məktəbliləri arasında inşa yazı və rəsm müsabiqələrinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.
            Məktəbin 9 a sinif şagirdi Mehdizadə Firuzə inşa-yazı müsabiqəsində birinci yerə layiq görülmüşdür. İnşa-yazı və rəsm müsabiqələrində fərqlənmiş və qalib gəlmiş şagirdlər Qocayeva Ayşə, Cəfərova Aygün, Nuriyev Ağarazi, Əsgərova Nərmin, Sadıqov Aydın Nərimanov Rayon Gənclər və İdman İdarəsi tərəfindən müxtəlif dərəcəli diplom, medal və hədiyyələr ilə təltif olunublar.
          Məktəbin direktoru tarix üzrə fəlsəfə doktoru Rəhman Hacıyev fərqlənən şagirdləri təbrik edib, onlara gələcək müsabiqələrdə uğurlar arzulayıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi