“Qanlı yanvar 30 il”

Azərbaycan xalqının qəhrəmanlıq səhifəsi olan 20 Yanvar faciəsindən 30 il ötür. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet ordusunun hərbi hissələri Bakı şəhərində müstəqil dövlət yaratmaq və öz suverenliyini əldə etmək üçün ayağa qalxan dinc əhaliyə qarşı misli görünməmiş qətliam törətmişlər. Milli birlik və vətənpərvərliyin simvoluna çevrilmiş 20 Yanvar faciəsi xalqımızın öz suverenliyi uğrunda apardığı mübarizənin şərəfli tarixidir.

    Bununla əlaqədar olaraq məktəbdə yanvarın 17-i tarixində 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı anım tədbiri keçirilmişdir. Anım tədbirində ilk öncə 20 Yanvar hadisələri zamanı həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra məktəbin tarix müəllimi Günay Həsənova şagirdlərə 20 Yanvar hadisələri ilə bağlı geniş məlumat vermişdir. Daha sonra şagirdlərin ifasında 20 Yanvar faciəsinə həsr olunan şeirlər səsləndirilmiş, ədəbi-bədii   kompozisiya nümayiş etdirilmişdir.

Tədbirdə çıxış edən məktəbin direktoru tarix üzrə fəlsəfə doktoru Rəhman Hacıyev qeyd etmişdir ki, 20 Yanvar faciəsi nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilməmişdir. Həmin  gecədə həlak olan vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazmış, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açmışlar. Bu gün müstəqil Azərbaycan dövlətinin tarixinə qanlı 20 Yanvar faciəsi xalqımızın şərəf və qəhrəmanlıq səhifəsi kimi yazılmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi