İmadəddin Nəsiminin anadan olmasının 650 illiyinə həsr olunmuş tədbir

Dekabrın 25-i məktəbin akt zalında Azərbaycan dili və ədəbiyyat müəllimi Sevil Əlizadə, musiqi müəllimi Əsmər Ələkbərova, tərbiyə işləri üzrə direktor müavini Nərmin İbrahimli və uşaq birliyi rəhbəri Aysel Qəribovanın  təşkilatçılığı ilə “İmadəddin Nəsiminin 650 illik yubileyi” ilə əlaqədar olaraq “Cahana sığmayan düha” adlı  tədbir keçirilib.

     Tədbiri giriş sözü ilə Azərbaycan dili və ədəbiyyat müəllimi  Sevil Əlizadə açıq elan etmişdir. O, qeyd edib ki, Nəsimiyə, onun ədəbi yaradıcılığına diqqət yalnız bu cür yuvarlaq yubiley günlərində deyil, hər zaman göstərilməlidir. Çünki o, Azərbaycan xalqının bəşər tarixinə bəxş edilmiş böyük şəxsiyyətlərindən biridir.

   Daha sonra şagirdlərin ifasında görkəmli Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin şeir və qəzəllərindən nümunələr səsləndirilmiş, əsərləri əsasında bəstələnmiş mahnılar ifa olunmuşdur. Həmçinin şagirdlər görkəmli şairin əsərləri əsasında hazırlanan ədəbi-bədii kompozisiyalar nümayiş etdirmişlər.

Sonda məktəbin direktoru tarix üzrə fəlsəfə doktoru Rəhman Hacıyev çıxış edərək, Prezident İlham Əliyevin böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi və 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında sərəncamlarına uyğun olaraq ölkəmizdə və ölkəmizdən kənarda silsilə tədbirlərin, təqdimatların keçirilməsinin, şairin ədəbi irsinin yenidən öyrənilərək dünya ictimaiyyətinə çatdırılmasının əhəmiyyətini vurğulamışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi