"Valideynin məktəbdə bir günü" layihəsi

Dekabrın 13-ü  məktəbdə  "Valideynin məktəbdə bir günü" layihəsi çərçivəsində görüş keçirilmişdir. Görüş zamanı valideynlər məktəb mühiti ilə tanış olmuş, onlara məktəbin fəaliyyəti, tədris prosesi barədə ətraflı məlumat verilmişdir. Valideynlərin məktəb mühitinə göstərə biləcəkləri töhfələrlə bağlı rəyləri, təklifləri dinlənilmiş və tədris prosesinin təşkilinin daha da təkmilləşdirilməsi ətrafında səmərəli fikir mübadiləsi aparılmşdır.

Görüşdə çıxış edən məktəbin direktoru Rəhman Hacıyev müəllim –valideyn əməkdaşlığının şagirdlərin təlim –tərbiyəsindəki mühüm rolunu qeyd etmiş., valideynləri təhsil prosesinə cəlb etmək və onların məktəblə əlaqəsini daha da genişləndirməyin vacibliyini vurğulamışdır.

 Sonda valideynlərin iştirakı ilə tədris prosesini izləmək üçün dərs müşahidələri keçirilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi