"Bilik günü" qeyd olunub

Sentyabrın 16-da məktəbdə yeni dərs ilinin başlanması münasibəti ilə təntənəli mərasim keçirilib.

Tədbir Azərbaycan Respublikasının dövlət himninin səslənməsi ilə başlanıb.

Məktəbin direktoru Sevil Əliyeva tədbiri giriş sözü ilə açaraq qonaqları, müəllim və şagirdləri “Bilik günü” münasibəti ilə təbrik edib, dövlət tərəfindən təhsilə göstərilən diqqət və qayğıdan, yeni tədris ilində qarşıya qoyulan məqsədlərdən məktəbin uğurlarından, məktəb məzunlarının qəbul imtahanlarındakı uğurlarından geniş məruzə ilə çıxış edib.

Tədbirdə Səbail rayon İcra hakimiyyətindən və qəsəbə Bələdiyyəsindən nümayəndələr iştirak edib. Tədbir şagirdlərin hazırladıqları bir-birindən maraqlı çıxışları, müxtəlif rəqs nümünələri ilə davam edib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi