" Zərərli vərdişlərin fəsadları"

Məktəbin psixoloqu Şəlalə Abbasova 9 a sinfində " Zərərli vərdişlərə yox " mövzusunda maarifləndirici söhbət apardı .Siqaret zərərli maddələrə başlanğıcın ilk pilləsidir . Psixoloq məhz buna görə də siqaretin insan orqanizminə verdiyi ziyandan danışdı . Siqaret çəkmək nəfəs orqanlarının xəstəliyinə , ürək  xəstəliyinə , ağciyər xərçənginə  xroniki bronxit və digər xəstəliklərə səbəb olur . Siqaret fiziki sağlamlıqla yanaşı , psixoloji təsirlərə də malikdir. Siqaret çəkənlər daha çox əsəbi olurlar. Sonda psixoloq şagirdlərə sağlam həyat tərzi üçün siqaretdən uzaq olmağı , hər gün təmiz havada gəzməyi , idmanla , mütaliə ilə məşğul olmağı , meyvə tərəvəzlərdən istifadə etməyi tövsiyə etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi