UŞAQLARIN HÜQUQLARINI QORUMAQ HAMININ BORCUDUR

"Uşaq hüquqları aylığı” çərçivəsində ibtidai sinif müəllimi Nigar  Balakişiyeva 4 b sinif  şagirdlərinə uşaq hüquqlarının yaranma tarixi, milli və beynəlxalq qanunvericilik, dövlət tərəfindən uşaq hüquqlarının müdafiəsi sahəsində görülən işlər barədə ətraflı məlumat verdi.Bildirdilər ki, 44 günlük II Qarabağ Müharibəsində Ermənistan tərəfinin Azərbaycanın mülki yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutması nəticəsində 10-dan çox uşaq həlak oldu, 50 nəfər yaralandı, bir çox uşaqlar isə valideynlərini itirdilər. Zaman-zaman erməni faşistlərinin azyaşlı soydaşlarımızı öldürməsi, onlara verilən işgəncələr diqqətə çatdırıldı. Qeyd edildi ki, mülki obyektlərin hədəfə alınması, bir çox yaşayış evlərinin, təhsil, səhiyyə müəssisələrinin dağıdılması uşaqların təhsil, səhiyyə və digər hüquqlarının pozulmasıdır. Bildirildi ki, Azərbaycanda uşaqlar dövlətin və cəmiyyətin daim diqqət mərkəzindədir və uşaq problemlərinin ardıcıl həlli ölkəmizdə bu sahədə həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətidir.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi